Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışlarının həlledici mərhələsidir.
Demokrat.az xəbər verir ki, Xankəndi şəhər stadionunda əvvəlcə qadınlar və kişilərdən ibarət komandalar, eləcə də qarışıq komandalar üçüncü yer uğrunda və final mərhələdə yarışacaq. Qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus komandasına qarşı mübarizə aparacaq.
Bu gün həmçinin fərdi yarışların final mərhələsi keçiriləcək. (AZƏRTAC)