Bu gün MDB Oyunlarında 10 idman növü üzrə yarışlar keçiriləcək

İDMAN 05 oktyabr 2025, 10:59
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının 10-cu günündə 10 idman növü üzrə yarışlar keçiriləcək.

Demokrat.az xəbər verir ki, Gəncədə Azərbaycanın voleybol millisi yarımfinalda Belarusla, 3x3 növü üzrə basketbol yığması isə A qrupunda Özbəkistanla üz-üzə gələcək. Yevlaxda boks, Qəbələdə badminton, Xankəndidə kamandan oxatma, Gəncədə qılıncoynatma və güllə atıcılığı, Mingəçevirdə kanoe və avarçəkmə yarışlarının finalları keçiriləcək. Göygöldə isə cüdo üzrə qarışıq komanda yarışları təşkil olunacaq.

III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top