Pakistan və Azərbaycan qardaş kimi həmişə birlikdədir. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "X"də yazıb. Diplomat vurğulayıb ki, Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir.Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginliyin narahatlıq doğurduğunu vurğulayıb. Tərəflər təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırılıb.
Politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında deyib ki, Hindistan və Pakistan arasında uzun illərdir davam edən qarşıdurmalar fonunda münasibətlər gərgin olaraq qalır:
“İndiyədək tərəflər arasında üç dəfə müharibə baş verib və bu vəziyyət növbəti silahlı toqquşma ehtimalını da gündəmdə saxlayır. Xüsusilə Hindistanda hakimiyyətdə olan Modi hökumətinin millətçi siyasəti bölgədə gərginliyi artırır və Hindistanın daha sərt mövqe tutmasına səbəb olur. Buna baxmayaraq, Pakistan son dövrlərdə müəyyən siyasi və iqtisadi çətinliklərlə üzləşsə də, ölkə öz mövqeyini qorumağa çalışır. Azərbaycan və Pakistan arasında isə daim yaxın, dostluq və qardaşlıq münasibətləri olub”.
Politoloq diqqətə çatdırıb ki, Pakistan Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib və bu dəstək illərdir davam edir:
“Azərbaycan və Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu əlaqələrin yaxın gələcəkdə müttəfiqlik səviyyəsinə çatdırılması üçün siyasi iradə mövcuddur. Əgər bölgədə yeni münaqişə baş verərsə, Azərbaycan, əvvəlki kimi, Pakistanın yanında olacaq. Çünki Pakistan Azərbaycanın ən yaxın tərəfdaşlarından və dost dövlətlərindən biridir. Bu münasibətlər yalnız dövlət səviyyəsində deyil, xalqlar arasında da dərin qardaşlıq bağları ilə möhkəmlənmişdir. Azərbaycanın ən yaxın müttəfiqləri sırasında Pakistan və Türkiyə xüsusi yer tutur”.
Leyla Turan
Demokrat.az