“Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulması və bu hadisədən sonra Rusiya tərəfindən hələ də hər hansı rəsmi izahat və ya məsuliyyət tədbirinin görülməməsi, iki ölkə arasındakı münasibətlərdə ciddi suallar doğurur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan tərəfi məsələyə aydınlıq gətirilməsini, cavabdeh şəxslərin cəzalandırılmasını və hadisənin səbəblərinin şəffaf şəkildə ictimaiyyətə açıqlanmasını tələb edir:
“Eyni zamanda, deputat Azər Badamovun Rusiya hava limanında qarşılaşdığı qeyri-dost münasibət də bu fonu daha da gərginləşdirir. Azərbaycan hər zaman Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə sadiq olub və qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətlərin tərəfdarıdır. Lakin son dövrlər Rusiya tərəfindən atılan bəzi addımlar hava insidentləri, həm də diplomatik səviyyədə göstərilən qeyri-dost jestlər bu münasibətlərin balansına zərbə vurur. Bu səbəbdən də Azərbaycan cəmiyyəti və rəsmiləri Rusiya tərəfinin bu hadisələrlə bağlı aydın mövqe ortaya qoymasını və gələcəkdə bu kimi hallar üçün birgə mexanizmlərin yaradılmasını gözləyir”.
Leyla Turan
Demokrat.az