Ağdamda qadını ilan sancıb

HADİSƏ 09 may 2025, 20:13
Ağdamda qadını ilan sancıb.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində baş verib.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Quliyeva Naibə Mönsum qızını yaşadığı evin həyətində zəhərli ilan sancıb. O, Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan əldə olunan məlumata görə, yaralının vəziyyətində dəyişikliklər olmasa o Paytaxtda yerləşən taksologiya mərkəzinə köçürülə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top