İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib

DÜNYA 09 may 2025, 20:24
İran ABŞ ilə əvvəllər təxirə salınmış nüvə danışıqlarının dördüncü raundunu  Omanda keçirməyə razılaşıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, bu məlumatı İranın danışıqlar qrupunun üzvü təsdiqləyib.

İran və ABŞ nüvə proqramı ətrafında fikir ayrılıqlarının həllinə həsr olunmuş danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda baş tutacaq.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top