Taleh Kazımov: "Podyezd"də, "budka"da valyuta məntəqələri olmamalıdır

İQTİSADİYYAT 05 iyn 2023, 12:20
Yeni təklif olunan qanunda “Exchange” – valyuta mübadilə şöbələrinin müstəsna fəaliyyət kimi nəzərdə tuturuq və istəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institsuional bir valyuta mübadilə biznesi formalaşsın.

Demokrat.az
xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

“Hamımız xaricə gedəndə görürük ki, səliqəli, normal valyuta mübadilə məntəqələri var. Mən də bir azərbaycanlı kimi istəyərəm ki, bizdə də belə olsun. Hansısa “podyezd”də, “budka”da yox, institutsional formada valyuta mübadilə şöbələri formalaşsın. Qanun da bunu nəzərdə tutur”, - deyə Taleh Kazımov əlavə edib. (apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top