Meşə yanğınında 3 milyon hektar əraziyə ziyan dəydi

DÜNYA 02 iyn 2023, 23:05
Kanadada günlərdir davam edən yanğınlar səbəbindən təxminən 3 milyon hektar meşə sahəsi yanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallara hazırlıq naziri Bill Bleyer açıqlama verib.

Nazir Kanadadakı meşə yanğınlarının ölkənin bir çox bölgəsinə təsir etdiyini bildirib.

O, son 10 ildə meşə yanğınlarının orta hesabla may ayında 150 min hektar olduğunu, lakin bu il təxminən 3 milyon hektar meşə sahəsinin məhv olduğunu vurğulayıb.

Fəlakətlə əlaqədar Kanadaya ABŞ-dan 800, Avstraliya və Yeni Zelandiyadan 224 yanğınsöndürən gəlib. Cənubi Afrikadan 215 yanğınsöndürənin isə qısa müddət ərzində gələcəyi gözlənilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top