Tərtərdə iki nəfərin qətlində təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə itbidai istintaq başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Abdulla Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 13-nə təyin olunub.
Qeyd edək ki, bu ilin fevralın 19-da Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair prokurorluğa məlumat daxil olub.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Asəf Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli
Demokrat.az