Lənkəranda avtomobil qəzasında xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı vəfat edib.
Demokrat.az xəbər verir ki, mərhum R.Məmmədov Liman şəhər 2 saylı tam orta məktəbin direktoru olub.
Qəzada xəsarət alan iki yaralı isə Lənkəran Dövlət Universitetinin müəllimləridir. Onların müalicəsi davam etdirilir.
15:49
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda qeydə alınıb.
Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.
Nəticədə "Nissan Tida"nın sürücüsü və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işə çalışır.
Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.//APA