Hakimlərin konfransının hansı qaydada formalaşdırılacağı məlum olub

SOSİAL 28 may 2023, 10:45
Yeni institut olan Hakimlərin konfransının hansı qaydada formalaşdırılacağı məlum olub .

Demokrat.az
xəbər verir ki, bu, Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının üzvlərinin seçilməsi üçün keçirilir.

Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:

-. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;

- hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;

- hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;

- hər rayon (şəhər) məhkəməsindən 1 hakim.

Hakimlərin konfransı bu qanunda nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.

Hakimlərin konfransı Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə seçəcək.//APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top