“Sinan Oğan Azərbaycanı sevməyən qüvvələrə qarşı hər zaman mübarizə aparıb”

GÜNDƏM 26 may 2023, 11:23
"Hələ 7 aprel 2009-cu ildə Türkiyə-Ermənistan sərhəddinin açılmasına etiraz əlaməti olaraq AMEA İnsan Hüquqları İnstitutunda milli QHT forumunun təşəbbüsü ilə böyük bir tədbir keçirmişdik. Biz həmin tədbirdə bununla bağlı Türkiyə ictimaiyyətinə müraciət etdik və daha sonra Türkiyəyə səfər etdik. O zaman Türkiyə-Ermənistan sərhədlərinin açılmasına ən çox qarşı çıxanlardan biri məhz Sinan Oğan olub".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Rauf Zeyni deyib.

Rauf Zeyni bildirib ki, həmin vaxtlar Türkiyə Böyük Millət Məclisində, siyasi partiyalarda, media və televiziyalarda, eyni zamanda hörmətli Sinan Oğanın rəhbərlik etdiyi TÜRKSAM-da böyük görüş keçirilmişdi. TÜRKSAM-da keçirilən görüşdə 100-ə yaxın sivil toplum və media nümayəndələri iştirak edirdilər. Onların sualları bizim tərəfimizdən cavablandırıldı. Həmin səfərdə mən, Azay Quliyev, Tənzilə Rüstəmxanlı iştirak edirdik. Çox zəngin səfər və görüşlər oldu. Demək olar ki, 4 gün ərzində biz Türkiyənin gündəmində Türkiyə-Ermənistan sərhədlərinin açılmaması ilə əlaqədar olaraq gündəm yarada bildik. Həmin mövzunu uzunmüddət gündəmdə də saxlaya bildik. Həmin vaxtı Türkiyədə tədbiri təşkil etdiklərinə, bizə dəstək verdiklərinə görə, bütün dəyərli dostlara və xüsusilə Sinan Oğana minnətdarlığımızı bildiririk. Çünki o zaman Sinan bəy də bizim tədbirin TÜRKSAM-da keçirilməsinə böyük dəstək verdi. Sonra Bakıya gəldi və 29 aprel tarixində bizim də tədbirimiz oldu. Forumda Türk dünyasının milli birliyi ilə bağlı, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı, eyni zamanda Turan birliyi məsələləri, həmçinin vətəndaş cəmiyyətinin, vətəndaş cəmiyyətlərinin bir-biri ilə daha sıx əməkdaşlığı barədə geniş müzakirələr apardıq".

Rauf Zeyni əlavə edib ki, Sinan Oğan Türkiyədə Azərbaycanı sevməyən qüvvələrə qarşı hər zaman mübarizə aparıb.


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top