Kanada və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa etdi

XARİCİ SİYASƏT 25 may 2023, 16:42
Kanada və Səudiyyə Ərəbistanı 5 ildən sonra diplomatik münasibətləri bərpa edib.

Demokrat.az
xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata əsasən, Kanada və Səudiyyə Ərəbistanı 5 il əvvəl qadın hüquqları ilə bağlı mübahisəyə görə diplomatik münasibətləri dayandırıb.

Ölkələr artıq diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

İki ölkənin Xarici İşlər nazirliklərindən verilən açıqlamaya görə, qərar Kanadanın Baş naziri Castin Trüdo və Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salmanın keçirdiyi görüşlərdən sonra verilib. 

Kanadanın xarici işlər naziri Melani Coli bəyan edib ki, iki ölkə arasında diplomatik münasibətlərin qarşılıqlı hörmət və ümumi maraq əsasında qurulması hər iki tərəfin borcudur.

Qeyd edək ki, bir neçə gün öncə Jan-Flipp Linteau Kanadanın Ər-Riyaddakı yeni səfiri təyin edilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top