Bakıda “Mono pub” restoranında DAVA

HADİSƏ 24 may 2023, 11:35
Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Elmir şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Sərxana xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 17-də baş verib. Elmir həmin gün gecə saat 03.00-da qonaq qismində iştirak etdiyi “Mono pub” restoranında digər qonaq Sərxanla mübahisə edib. 

Bu zaman münasibətlərə aydınlıq gətirmək məqsədilə Elmir Sərxanı ictimai yer olan küçəyə dəvət edərək mübahisəni davam etdirib. 

O, kənar şəxslərin gözü qarşısında bir neçə dəfə yumruqla Sərxanən sifət nahiyəsindən vurub.

Hadisəni törədən Elmirin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, sentyabrın 16-da, saat 16.00-da dostu Amilin ad günü münasibəti ilə “Mono pub” restoranına gəlşb: 

“Bir qədər oturduqda sonra Amilin dost-tanışı kabinetə daxil olduq. Birgə spirtli içki qəbul etməyə başladıq. Təxminən saat 23.00-da telefon ilə danışa-danışa yemək stolunun üzərinə söykəndim. Əvvəlcədən tanımadığım, sonradan adını bildiyim Sərxan adlı şəxs mənə irad bildirdi. Mən isə Sərxandan üzr istədim, öz yerimə əyləşdim. Sonradan Sərxan adlı şəxslə söz mübahisələrimiz yarandı. Söz mübahisəsi zamanı Sərxanla restoranın həyətinə çıxdıq. Orada Sərxan mənə qarşı söyüş işlətdiyinə görə əlim ilə onun boynundan tutdum, ayağımla badalaq verdim. Onu yeri yıxdım və özüm də Sərxanın üzərinə yıxıldım. Sonra Sərxanı yerdə olan zaman bir neçə dəfə yumruqla sifət nahiyəsinə zərbələr endirdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman restoranın admistratoru Abbas və restoranda iştirak edən şəxslərdən Toğrul, bundan başqa tanımadığı 2-3 nəfər başqa şəxslər gələrək onları ayırıblar: 

“Bundan sonra söhbətə son qoymaq üçün Sərxanla yaxınlıqda yerləşən “Araz” marketə tərəf gəldik. Orada bir qədər söhbət etdikdən sonra uzaqlaşaraq getdim. Hazırda törətdiyim əməldən peşmanam”.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Elmir 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top