Azərbaycanda yeni nəşr olunan “Qırmızı kitab”a nələr salınıb? — Nazir müavini AÇIQLADI (FOTO)

GÜNDƏM 23 may 2023, 14:20
“Azərbaycanda “Qırmızı kitab” hər 10 ildən bir nəşr olunur”. 

Demokrat.az
xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Nazir müavini deyib ki, sonuncu kitab isə 2013-cü ildə işıq üzü görüb:

“Bu kitabın üçüncü nəşri ilə bağlı işlər 2019-cu ildən görülməyə başlayıb və bu istiqamətdə müvafiq komissiya da yaradılıb. Həmin kitab əvvəlkilərlə müqayisədə bir sıra yenilikləri ilə fərqlənir. 

Bildiyimiz kimi, ermənilər tərəfindən torpaqlarımız 30 il müddətində işğal altında qalıb. Bu müddətdə Qarabağın flora və fauna növləri barəsində məlumatımız yox idi. Yeni “Qırmızı kitab”ın ən mühüm tərəflərindən biri odur ki, həmin nadir fauna və flora növləri haqqında məlumatlara da verilib. Yəni, bu kitaba bir sıra flora və fauna növləri də salınıb”.

Vüqar Kərimov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq Abşeron yarımadası və Bakı ətrafında artıq 5 ərazi seçilib. Həmin ərazilərdə yayılan nadir flora və fauna növləri xüsusi mühafizə altına alınacaq yaradılacaq.
Sonrakı dövlərdə ölkənin bütün ərazilərində mikrorezervatların yaradılması üçün işlər görüləcək. Bunlar isə əsasən  Qarabağ və Şərqi Zəngəzurda ediləcək”.


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top