"Qırmızı kitab"ın III nəşrinin təqdimatı oldu — FOTO

SOSİAL 23 may 2023, 16:23
Azərbaycan Milli Elmlər Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Bioloji müxtəlifliyin qorunması” mövzusunda konfrans keçirilib.

Demokrat.az
xəbər verir ki, konfransda "Qırmızı kitab"ın üçüncü nəşrinin təqdimatı olub. 

Yeni nəşrin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova edib.

Qeyd edək ki, konfransda Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin rəhbərliyi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və digər rəsmi şəxslər iştirak edib.

Aynurə
Demokrat.az





DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top