YapiKredi Müraciət Forması
Sosial

Bakıda evdən külli miqdarda narkotik aşkarlanıb

Bakıda evdən külli miqdarda narkotik aşkarlanıb

Bakıda evdən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən“Lent.az”a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarıəldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

Nəticədə saxlanılan Əmircan qəsəbə sakini Ş.Mustafayevdən 4 qramdan artıq heroin və metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 1 kiloqram 15 qramdan çox heroin və 103 qramdan artıq metamfetamin götürülüb.

Araşdırma aparılır.

NE
Nihadə Eyyubova