Naxçıvan MR-in büdcə gəlirləri 56 milyon manata yaxın olub

MALİYYƏ 17 may 2023, 18:56
"Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin ilk 4 ayında büdcənin gəlirləri, ümumilikdə, 44 milyon 867 min manat proqnoza qarşı 55 milyon 878 min manat icra olunmaqla proqnoza 124,5 faiz əməl olunub. Bu məbləğ 2022-ci ilin analoji 4 ayı ilə müqayisədə 5 milyon 482 min manat çox icra edilib. Yığılan vəsaitin 51 milyon 61 min manatı vergi orqanlarının xətti ilə, 3 milyon 188 min manatı yol vergisi şəklində büdcəyə daxil olub. Vergi orqanları tərəfindən proqnoza 118,3 faiz əməl edilib".

Demokrat.az xəbər verir ki, bu fikirləri Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov bildirib.

Eyni zamanda, Naxçıvan-Bakı-Naxçıvan istiqamətindəki avtobus marşrutlarının fasiləsiz şəkildə hərəkəti təmin edilib:

"Müvafiq marşrutla cari ilin 4 ayı ərzində Naxçıvandan Bakıya 323 reys edilərək, 9737 sərnişin, Bakıdan Naxçıvana isə 325 reys olmaqla, 8928 sərnişin daşınıb. Muxtar respublikada sərnişin daşımalarda, 2023-cü ilin ilk 4 ayı ərzində yerli hava xətləri ilə Bakı-Naxçıvan-Bakı və Naxçıvan-Gəncə istiqamətlərində 95 min 139 sərnişin, 1 508 ton baqaj, 495 ton yük, 6,5 ton poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan–İstanbul və Naxçıvan-Moskva istiqamətlərində min 642 sərnişin və 27,6 ton baqaj daşınıb".//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top