
Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah məntəqəsinin məhv edilməsinin görüntüləri yayılıb.
Oxu.az ermənilərin əldəqayırma dronlarını idarə edən məntəqənin məhv edilməsinin anbaan görüntülərini əldə edib.
Videodan aydın olur ki, komanda-qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.
Bununla bağlı görüntüləri təqdim edirik:
xxx
Azərbaycan ordusu tərəfindən Basarkeçər rayonunun Zod istiqamətində erməni bölmələrinin kəşfiyyat və atəşə nəzarətini təmin edən Ermənistan Silahlı Qüvvələrinin komanda-qərargah maşını (KQM) məhv edilib.
APA xəbər verir ki, həmin maşından Ermənistanın Azərbaycan ordusuna qarşı təxribat törətmək üçün istifadə etdiyi zərbə və kəşfiyyat PUA-larına nəzarət edilib.