Almaniya qaçqınlara 1 milyard avro ayıracaq

DÜNYA 11 may 2023, 08:28
Almaniya hökuməti bu il qaçqınların ehtiyaclarının qarşılanması üçün regionlara əlavə 1 milyard avro ayıracaq.

Demokrat.az 
Almaniya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

O qeyd edib ki, qaçqınlarla bağlı siyasətin məqsədi həmrəylik bölgüsü sisteminə nail olmaqdır.

“Federal hökumət bütün üzv ölkələr arasında qaçqınların qəbulu ilə bağlı razılığın əldə olunmasını təmin etmək üçün Avropa İttifaqı çərçivəsində fəaliyyətini davam etdirəcək”, - O.Şolts qeyd edib.

Qeyd edək ki, Almaniya hökumətinin məlumatına görə, hazırda bu ölkəyə təkcə Ukraynadan deyil, həm də digər dövlətlərdən də qaçqınlar gəlir. Bu ilin ilk 4 ayında sığınacaq üçün müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 78,4% artıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top