Agentlik sədri: Yaxın vaxtlarda "ASAN xidmət" şuşalılar üçün də fəaliyyət göstərəcək

QARABAĞ 10 may 2023, 16:12
Naxçıvanda və Şuşada "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə bağlı işlər görülür.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, Naxçıvandakı işlər artıq tamamlanır:

“Şuşa şəhərində "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı isə xüsusi nümayəndəlik müvafiq işlər aparır. Bununla bağlı Prezidentin tapşırığı var. Yəqin ki, yaxın vaxtlarda "ASAN xidmət" şuşalılar üçün də fəaliyyət göstərəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top