Qarabağ

Agentlik sədri: Yaxın vaxtlarda "ASAN xidmət" şuşalılar üçün də fəaliyyət göstərəcək

Agentlik sədri: Yaxın vaxtlarda ASAN xidmət şuşalılar üçün də fəaliyyət göstərəcək

Naxçıvanda və Şuşada "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə bağlı işlər görülür.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, Naxçıvandakı işlər artıq tamamlanır:

“Şuşa şəhərində "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı isə xüsusi nümayəndəlik müvafiq işlər aparır. Bununla bağlı Prezidentin tapşırığı var. Yəqin ki, yaxın vaxtlarda "ASAN xidmət" şuşalılar üçün də fəaliyyət göstərəcək”.

D
demokrat.az