Aİ Şurası Ermənistan-Azərbaycan danışıqları ilə bağlı bəyanat yaydı

GÜNDƏM 09 may 2023, 00:12

Avropa İttifaqı Şurası Cənubi Qafqazda sülh prosesi çərçivəsində aparılan Ermənistan - Azərbaycan danışıqlarına dair bəyanat yayıb.

Sənəddə bildirilir ki, Şuranın prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi və iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini davam etdirmək üçün Ermənistan və Azərbaycan liderləri ilə daim sıx əlaqə saxlayır.

Qeyd olunur ki, liderlər 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli görüş formatında yenidən toplanmağa razılaşıblar.

“Müzakirələr həmçinin 1 iyun 2023-cü ildə Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə görüşlərlə də davam etdiriləcək. Liderlər həmçinin Brüssel görüşlərini zəruri olduğu qədər tez-tez davam etdirməyə razılaşıblar”, - deyə bəyanatda vurğulanır.

Bundan əlavə, bəyanatda prezident Mişelin 2023-cü ilin oktyabrında Qranadada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğu ifadə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top