Salyanda Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş çempionat keçirilib — FOTOLAR (VİDEO)

GÜNDƏM 08 may 2023, 21:29
02 -08 may 2023-cü il tarixlərdə Salyan Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək və Rayonda futbolun kütləviliyinə nail olmaq məqsədi ilə Salyan rayon İcra Hakimiyyətinin və Salyan rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Salyan rayon Olimpiya İdman Kompleksinin dəstəyi ilə “2023- Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə rayon çempionatı keçirilmişdir.

8 komandanın iştirak etdiyi çempionatda yarışlar hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə A və B qrupları üzrə keçirilmişdir.

Çempionatda A qrupunda Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX), Salyan Mərkəzi Xəstəxanası, Hərbi Hissə 480, YAP Salyan rayon Təşkilatının komandaları, B qrupunda Şirvan-Salyan regional Təhsil İdarəsinin Salyan sektoru, FHN Muğan Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH), Salyan rayon Polis Şöbəsi komandaları mübarizə aparmışdır.
A qrupu üzrə I yeri YAP Salyan rayon Təşkilatı, II yeri Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX), B qrupu üzrə I yeri Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH), II yeri FHN Muğan Regional Mərkəzinin komandası tutmuş çempionatın yarımfinalına çıxmışdır.

Yarım final oyunlarında FHN Muğan Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH) nin komandaları qələbə qazanaraq Çempionatın finalına çıxmışdır.
08 may 2023-cü il tarixdə çempionatın final oyunu keçirilmişdir.

Çempionatın finalında Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri və futbol həvəskarları iştirak etmişdir. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra final oyununa start verildi.

İdman mübarizəsi şəraitində keçən Çempionatın final oyununda Salyan rayon Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH)-nin komandası FHN Muğan Regional Mərkəzinin komandasına 2-0 hesablı nəticə ilə qalib gələrək Çempionatın qalibi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə rayon çempionatında II yeri FHN Muğan Regional Mərkəzinin komandası, I yeri Salyan rayon Dövlət Yanğından Mühafizə Hissəsi (DYMH)-nin komandası tutdu.

Çempionatda I, II yeri tutmuş komandaların üzvlərini Salyan rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov diplom, medal və kubokla təltif etdi.
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top