“Bu il qiymətlər ötən ilə nisbətən baha olacaq” — İqtisadçı

İQTİSADİYYAT 08 may 2023, 16:49
“Mart, aprel, hətta may aylarında əmtəə bazarında satılan pomidorlar istixanalardan yığılır. Hələ mövsümi pomidor bazara çıxmayıb. Bu səbəbdən də pomidorun qiyməti bahadır. Ümumiyyətlə, mövsümi meyvə və tərəvəzlərin qiymətləri ilk aylarda həmişə yüksək olur. Ancaq iyuna doğru ucuzlaşma olacaq. Yeni məhsulların bitməsinə az qalıb, qiymətlər düşəcək. Lakin fikrimcə, bu il qiymətlər ötən ilə nisbətən daha baha olacaq”.​

Demokrat.az
xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib.

Onun sözlərinə görə, bu gün qiyməti baha olan məhsullar əsasən, seçmə məhsullardır:

“Birinci və ikinci sort məhsul anlayışı var. Birinci sort məhsul baha, ikinci sort ucuz olur. Satıcılar seçilmiş məhsulu baha satır ki, ikinci sortu aşağı qiymətə satsın, məhsul zay olmasın. Vətəndaşların müəyyən hissəsi isə büdcəsinə uyğun məhsul tapmaq üçün səhər 8-də bazara gedir və ucuz qiymətə yaxşı məhsullar ala bilir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top