Ərdoğan: "Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkəsindən birinə çevirəcəyik"

REGİON 06 may 2023, 17:25
"Türkiyə dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkədən birinə çevirəcəyik. Buna nail olanadək dayanmayacağıq”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən 20 il ərzində Türkiyədə ciddi işlər görülüb: “Artıq Avropadan daha yaxşı səhiyyə sisteminə malikik. Artıq PUA-lara sahibik. Ölkəmizin bu imkanlarını günbəgün inkişaf etdiririk”.

Ərdoğan söyləyib ki, Türkiyə hakimiyyəti gənclərə sevginin nümunəsini göstərib: “Biz “TCG Anadolu” desant gəmisini Silahlı Qüvvələrimizə təslim etdik. Bu gəmi ciddi marağa səbəb oldu. Yüzlərlə insan “TCG Anadolu”nu ziyarət etdi”.

Türkiyə lideri bildirib ki, hakimiyyət müxalifətdən fərqli olaraq əsərlər ortaya qoyuruq: "Biz artıq nüvə ölkəsinə çevrilmişik".//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top