Hindistanın əhalisinin sayı Çini ötdü

DÜNYA 05 may 2023, 20:23
 Hindistan 2023-cü ilin aprelinə olan əhalinin sayına görə Çini geridə qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarında bildirilib.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin dərc etdiyi təhlilə görə, Hindistan əhalisi bu il 1 milyard 425 milyon 775 min 850 nəfərə çataraq, Çinin ötən il 1 milyard 426 milyon pik həddinə çatdıqdan sonra azalma tendensiyası keçirən əhali sayını üstələyib.

BMT Hindistan əhalisinin 1950-ci ildən bəri ilk dəfə olaraq Çini üstələdiyini bildirərək,əhalisi 1,4 milyardı keçən və son 70 ildə dünya əhalisinin üçdə birini təşkil edən iki ölkənin fərqli əhali meyllərinə də diqqət çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top