Türkiyədə əsgərləri daşıyan avtobus aşıb: 2 şəhid, 45 yaralı var

REGİON 30 apr 2023, 13:56
Türkiyənin Şırnak əyalətində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus şarampole aşıb. 2 əsgər şəhid olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, əza, Şırnak-Uludere quru yolunun Balveren diyarında meydana gəlib.

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini daşıyan avtobus şarampole aşıb.

Əraziyə çoxlu sayda təcili yardım maşınları göndərilib. İlk təsbitlərə görə 2 əsgər şəhid olub, 4-ü əsgər olmaqla 45 nəfər yaralanıb.

Şırnak valisi Osman Bilgin də hadisə yerinə gedərək qəza ilə bağlı məlumat alıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən aşağıdakı açıqlama verilib:

"Şırnakda baş verən avtomobil qəzasında 2 qəhrəman silahdaşımız şəhid olub, 4 qəhrəmanımız isə yaralanıb və dərhal xəstəxanaya çatdırılaraq müalicələrinə başlanılıb. Allah rəhmət eləsin. Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizin dərdli ailələrinə, türk vətəndaşlarına başsağlığı verir, silahlı qüvvələrimizə və soylu millətimizə səbr, yaralı yoldaşlarımıza isə şəfa diləyirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top