Türkiyə Ermənistan aviaşirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb

REGİON 29 apr 2023, 23:41
Türkiyə hökuməti “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb.

APA xəbər verir ki, bu barədə aviaşirkətin direktorlar şurasının rəhbəri Aram Ananyan “Sputnik Armenia”ya məlumat verib.

“Bizim üçün aydın bir səbəb olmadan Türkiyənin hava məkanı vasitəsilə Avropaya uçuşlar ləğv edilib”,- deyə Ananyan bildirib.

O əlavə edib ki, şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə vəziyyət barədə məlumat verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top