Milli Məclisin üzvü, bu günlərdə deputat həmkarları və dövlət siyasəti ilə bağlı qalmaqallı fikirləri ilə gündəmə gələn Vahid Əhmədovun keçmişini araşdıranda, onun Quba hadisələrində də sırf maddi maraqlarına görə iştirakçı olduğu faktları ortaya çıxır.
2012-ci ilin 1 mart tarixində Qubada əhali icra başçısı Rauf Həbibovun “qubalıları təhqir etdiyinə” dair video yayılandan sonra etiraza başladı, hətta iğtişaşlar da yaşandı.
Qubadan deputat seçilən Vahid Əhmədov həmin hadisələr zamanı əhalinin önünə çıxan və prosesləri sakitləşdirən şəxs kimi görünürdü, buna görə hətta qəhrəmanlaşdırılırdı da...
Sonradan ortaya çıxan faktlar iğtişaşların təşkilində Vahid Əhmədovun özünün birbaşa iştirak etdiyini ortaya çıxarır.
Həmin hadisələr nəticəsində icra hakimiyyətinin başçısı Rauf Həbibov vəzifəsindən uzaqlaşdırıldı. Onun vəzifədən uzaqlaşdırılması məhz Vahid Əhmədova sərf edirdi.
Məlumatlara görə, Rauf Həbibovla Vahid Əhmədov arasında rayonda torpaq məsələsi ilə bağlı ziddiyyət yaşanırmış. İcra başçısı torpaq satışını ələ keçirmək istəyən Vahid Əhmədova imkan vermirmiş.
Rauf Həbibovun məlum çıxışı Vahid Əhmədov üçün göydəndüşmə fürsət olur. Daha doğrusu, Vahid Əhmədov icra başçısının çıxışının kontekstdən çıxarılmış formada hazırlanmasını, qubalıların təhqir edildiyi formasında yayılmasını təşkil edib.
Məlumatlara görə, videonu yayan bələdiyyə sədri də Quba hadisələri ilə bağlı istintaqa ifadəsində bunu təsdiq edib. Bildirib ki, icra başçısının çıxışında qubalılar haqqındakı sözlərinin kəsilməsi və kasetinin hazırlanmasını ona Vahid Əhmədov tapşırıb. Deputat bələdiyyə sədrinə deyib ki, bu çıxışı Prezidentə göndərəcək.
Lakin məlum video mediada tirajlandı, Qubada iğtişaşlar başladı və nəticədə icra başçısı vəzifəsindən çıxarıldı. Bununla da torpaq satışını ələ almaq istəyən Vahid Əhmədovun önündəki əngəl aradan qalxdı.
Vahid Əhmədov indi dövləti, dövlətin siyasətini tənqid edir, özünü “təmiz” göstərir, halbuki, onun kirli keçmişində çox nəsnələr var. Təkcə Quba hadisələrində etdikləri dövlətin təhlükəsizliyinə qarşı ciddi təxribatdır. Vahid Əhmədovun bu təxribatı sırf maddi marağına görə etməsi isə onun gerçək simasından xəbər verir.
Fərhad Məmmədov
Demokrat.az