COVID-19 pandemiyası dünya üzrə insanların həyatını dəyişdirib, yalnız fiziki sağlamlığı deyil, eyni zamanda psixi sağlamlığı da ciddi şəkildə təsir edib. Pandemiya zamanı tək qalma, işsizlik, təhsil sistemindəki dəyişikliklər və sosial təcrid kimi faktorlar insanların psixi sağlamlığını zəiflətdi. Sonraki illərdə psixi sağlamlıq problemlərinin artdığı müşahidə edilib – narahatlıq, depressiya, stress və yuxu pozğunluqları gündəlik həyatda daha çox qarşımıza çıxır. Lakin, cəmiyyətin psixi sağlamlığa yanaşması və müalicə mexanizmləri hələ də kifayət qədər inkişaf etməyib.
Cəmiyyətin psixi sağlamlıq məsələlərinə yanaşmasında hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı Demokrat.az- açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, insanların, xüsusilə də COVID-dən sonra rejimlərinin pozulması qaçılmaz oldu:
“Rejimin pozulması ilə bağlı ilk təsirlənən sahələrdən biri insanın yuxu sistemidir. Yuxu insanı ətraf mühitdən ayıraraq başqa bir dünyaya aparır və insan bu yuxudan ayrıldıqdan sonra öz rahatlığını hiss edir.Lakin COVID dövründə insanlar sosial mediaya daha çox üz tutdular. Bu səbəbdən gecə saatlarında yuxusuz qalmağa alışdılar və bu, onlarda vərdiş halını aldı. Hətta bəzi insanlar bunu bəhanə edib "ayda 600 manata görə işləməyə dəyməz" düşüncəsinə qapılaraq depressiv vəziyyətə düşdülər. Bu şəxslər zamanla depressiya, xroniki təşviş və digər psixoloji problemlər yaşamağa başladılar, hətta bəzi hallarda psixiatrik xəstələrə çevrildilər.Danılmaz bir faktdır ki, hazırda yaşadığımız dövr "antidepressant dövrü" adlandırıla bilər. İnsanların kütləvi şəkildə gecə yuxusuz qalması, gecə yarısı təsadüfi hallarda küçələrdə, müxtəlif məkanlarda canlanmaların olması və ya şəxsi problemlərlə bağlı gecə saatlarında edilən müraciətlər bunun açıq sübutudur. Hətta bəzi hallarda gecə yarısı saat 12-dən sonra yüzlərlə mesaj göndərən insanlar var ki, onlar "özümü pis hiss edirəm, yata bilmirəm" kimi şikayətlər edirlər. Bu problemlərin kökündə isə COVID-19 dövründə yaşanan təşviş və narahatlıqlar dayanır”.
Psixoloq onu da əlavə edib ki,bu vəziyyətin qarşısını almaq üçün alternativ üsullara ehtiyac var:
“Bunun kütləvi şəkildə həyata keçirilməsi lazımdır, çünki bu, artıq fərdi problemdən çıxaraq cəmiyyətin ümumi psixoloji sağlamlığına təsir edən bir məsələyə çevrilib. Məsələn, bəzi ölkələrdə gecə saatlarında müəyyən internet məhdudiyyətləri tətbiq olunur. Azərbaycanda da müəyyən bir rejim tətbiq olunsa və gecə saat 12-dən sonra Wi-Fi şəbəkələrinin avtomatik olaraq sönməsi kimi qaydalar qoyulsa, bu problem müəyyən qədər həll edilə bilər. Təbii ki, bunu fərdi şəkildə həyata keçirmək çətindir, lakin kütləvi şəkildə olsa, təsiri daha böyük olar.
Bugünkü reallıqda xüsusilə gəncləri bu vəziyyətdən çıxarmaq üçün fərdi və qrup halında konsultativ maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Çünki bəzi gənclər aşağı maaşlı işlərə getməmək üçün gecə saatlarını sosial şəbəkələrdə keçirir, bəziləri isə "TikTok" və digər platformalardan müəyyən gəlir əldə etdikləri üçün bununla kifayətlənirlər. Lakin bu həyat deyil, bu yaşamaq deyil. Sağlam bir cəmiyyət qurmaq üçün həm psixoloji, həm də sosial baxımdan düzgün istiqamətləndirmə aparılmalıdır ki, bu insanlar real həyata geri dönə bilsinlər”.
Leyla Turan
Demokrat.az