Baydenin növbəti namizədlik qərarına Trampdan SƏRT REAKSİYA

XARİCİ SİYASƏT 26 apr 2023, 11:10
Eks-prezident Donald Tramp ABŞ lideri Co Baydenin yenidən prezidentliyə namizəd olması qərarını “ağılasığmaz ” adlandırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ mediasında məlumatlar yer alıb.

Bildirilib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenin namizədliyini şərh edib: 

“Belə dəhşətli və uğursuz prezidentlik dövründə Baydenin yenidən seçilmək barədə düşünməsi inanılmazdır”.

Tramp qeyd edib ki, Co baydenin ölkəyə verdiyi zərəri hələ heç kim bacarmayıb:

"Amerika tarixinin ən pis beş prezidentini götürsəniz və bir yerə toplasanız belə, onlar təkcə Co Baydenin bir neçə ildə millətimizə vurduğu zərbəni bacarmayıb".

Xatırladaq ki, bir neçə gün öncə Co Bayden 2024-cü ildə keçiriləcək ABŞ prezidentliyinə namizədliyini elan etmişdi.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top