Azərbaycan da dörd günlük iş rejiminə keçə bilər? — AÇIQLAMA

SOSİAL 25 apr 2023, 14:27
"Bu gün dörd günlük iş rejiminə keçid bir sıra inkişaf etmiş ölkələrdə müzakirə olunur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputat vurğulayıb ki, bu ideyanı ən çox dəstəkləyən ölkələrdən biri də Böyük Britaniyadır:

"Böyük Britaniya mərhələli şəkildə 4 gün iş rejimini bütün sektorlarda tətbiq etməyə çalışır. Azərbaycan əmək bazarı üçün 4 günlük iş rejimi tətbiq edilməsindən daha çox əmək bazarında əmək hüquqlarının qorunması, bütövlükdə məşğulluğun leqallaşdırılması istiqamətində saatların dərinləşməsi daha vacibdir. Çünki, bu gün xüsusən də, işçilərin əmək hüquqlarının qorunması istiqamətində daha sistemli tədbirlərin həyata keçrilməsinə ehtiyac var. Məşğul əhalimizin məhz rəsmi əmək müqaviləsi ilə tam olaraq çalışması, əmək müqavilələrində ödənilən əmək haqqı məbləğlərinin tam göstərilməsi və s. kimi məsələlər var. Bu məsələlərin həlli daha vacibdir. 



Xüsusilə nəzərə alsaq ki, əmək hüquqları digər tərəfdən vətəndaşlarımızın pensiya və digər hüquqlarına da birbaşa təsir göstərir. O baxımdan düşünürəm ki, bu gün Azərbaycan üçün proritet məsələ əmək hüquqları daxil olmaqla, əmək bazarında islahatların daha da dərinləşdirilməsidir. Ona görə, bu islahatlar artıq həyata keçirildikdən sonra digər məsələlər, o cümlədən iş saatları və iş günləri ilə bağlı məsələlərin müzakirəsi mümkündür. Amma hazırda Azərbaycan əmək bazarı üçün iş günlərinin azaldılması deyil, işçilərin əmək hüquqlarının tam olaraq qorunması ilə bağlı islahatların dərinləşməsi daha proritetdir".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top