TƏBİB Biləsuvardakı partlayışda yaralananların vəziyyətini AÇIQLADI

GÜNDƏM 24 apr 2023, 23:40
Biləsuvar şəhəri, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında partlayış baş verməsi səbəbindən 2 nəfər (1-i qadın cinsi - 2009-cu il təvəllüdlü, 1-ci kişi cinsi olmaqla - 2013-cü il təvəllüdlü) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Demokrat.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, diaqnozları başın və bədən səthinin yanığı, yuxarı tənəffüs yollarının yanığı olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır olan 2009-cu il təvəllüdlü pasiyentin müalicəsinə tibb müəssisəsində davam edilir.

Vəziyyəti ağır olan 2013-cü il təvəllüdlü pasiyent isə hazırda Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top