“Qarabağ”ın keçmiş futbolçusu Rusiyada ölümdən döndü — FOTO/VİDEO

İDMAN 24 apr 2023, 23:59
"Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges Rusiya Premyer Liqasının 24-cü turunun "Spartak”la oyununda zədələnib.

İkinci hissənin əvvəlində o, hava mübarizəsi zamanı "Spartak”ın müdafiəçisi Georgi Cikia ilə toqquşub.

Kadi başını rəqibin çiyninə vuraraq qazona yıxılıb.

Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikia özü göstərib.

Bundan sonra Borges özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu sahədən xərəklə elektromobildə aparıblar.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə "Qarabağ”ın formasını geyinib./oxu.az



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top