Deyirlər, şəhid haqqı o qədər dəyərlidir ki, onların hətta axirətdə tayı-bərabəri tapılmaz. Azərbaycan da dünyanın elə diyarlarındandır ki, müqəddəs torpaqlarımız uğrunda canını qurban vermiş on minlərlə şəhidi var. Mənalı ömür yolu ilə tariximizin şanlı Aprel döyüşlərində iz qoymuş belə igidlərimizdən biri də Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdir. Anadan olduğu 31 mart 1976-cı il tarixdən kam almağa məqam axtaran aşiq 19 aprel 2016-cı ildə öz istəyinə, şəhidlik zirvəsinə qovuşdu.
Necə ki deyilmişdir: "Balıq suyun aşiqidir, pərvanə isə odun. Su balığa həyat, od isə pərvanəyə ölüm deməkdir...
Tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Demokrat.az-a açıqlamasında bildirb ki, bu dünya vətəni candan əziz tutan Murad Mirzəyev kimilərə bir sınaq meydanıdır:
"Şəhidlik isə son və əbədi olan zirvədir. Muradı tanıyanlar onun həyat, Vətənə olan sevgisindən fəxrlə danışırlar. Bu istək, bu sevgi onu 1991-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə gətirir. Yaşanan ömürlər müxtəlif olur. Elə ömürlər var ki, yalnız o şəxsin özünə, yaxınlarına məxsusdular. Elə ölümlər də var ki, şəxsi həyatından çıxaraq elə, obaya, vətənə aid olur. Allah belə insanları yaratmaqla onları bu dünyanın zinəti, təbiətin tacı, çələngi edir. Muradı daim ziddiyyətli və ürək parçalayan bir sual düşündürürdü. O, bütün qəlbi ilə hiss edirdi ki, xalqın böyük hissəsi eynilə onun kimi narahatlıq içindədir. Dostları, tanışları bir-biri ilə görüşəndə hal-əhval tutmazdan əvvəl "bu işlərin axırı necə olacaq? Qarabağ məsələsini nə vaxt öz həllini tapacaq?" - deyə həyəcan və narahatlıqla xəbər alırdılar. Bu fikirlər təbii ki, Muradı da rahat buraxmırdı. Murad daim vətəninə, xalqına olan xəyanətləri, xüsusən erməni canilərinin övladlarımızı qırıb, evlərini qarət edib yandırmalarını, balaca uşaqları 1918-ci ilin mart ayında Bakıda divarlara mismarlamaları, hamilə anaların qarnını yırtıb uşaqlarını tüfənglərin nizələrinə taxmaları, 1905-1906-cı və 1918-ci illərdə Bakıda, 1916-18-ci illərdə Ürmidə, Xoyda, Şamaxıda, Qubada, Gəncədə, Salyanda, Qarabağda, Təbrizdə qırdıqları qadınlar, körpələr, qocalar, yandırılan, viran edilən evlər və dağılan ailələr barədə düşünərkən bərk sarsılırdı".

Cəfər Cəfərli deyir ki, şəhid Murad Mirzəyev hərbi sirrlərlə yanaşı, dünyada baş verən ictimai-siyasi hadisələri də diqqətlə izləyir, öyrənirdi:
"Sonsuz iztirab, uzun-uzadı məyusluq, məğlubiyyətdən sonrakı ruh düşkünlüyü, özünə qapanma halları peşiman-peşiman faydasız dizə döymələr... Bu daxili çarpışmalarla gecəli-gündüzlü düşmənin burnunu necə əzmək haqqında fikirləşən Murad 1994-cü ildə C.Naxçıvanski adına hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdi. Bu hərbi məktəb ona çox şey vermişdi. Murad hərbi sirrlərlə yanaşı, dünyada baş verən ictimai-siyasi hadisələri izləyir, öyrənirdi ki, dünya binnət olanda Allahın bizə nəsib etdiyi sərvətlərə, tükənməz bərəkətlər dəfinəsi olan yurdumuza həsəd aparanlar, paxıllıq edənlər, göz dikənlər çox olub. Millətimizin təfəkkür ensiklopediyası olan "Avesta"da olduğu kimi, bu gün də xeyirlə şərin mübarizəsi davam etməkdədir".
Yazıçı-filoloq qeyd edib ki, yaxşı, nümunəvi hərbçi olmaq üçün qarşıdakı uzun yolun başlanğıcında hər cür təlim məşq toplantılarında hərbin sərt qanunlarına boyun əyməli, güclü iradə göstərməlisən:
"Bunun üçün hərbi biliklərə yiyələnmək lazımdır. Murad belə də edirdi. Hərbi məktəbi bitirən kimi, 1994-cü ilin iyun ayında Türkiyə Kara Harp Okuluna daxil olur. Bu ali məktəbdə özünü əsl ixtisaslı hərbi kadr kimi göstərir. Ona təhsildəki uğurlarına görə metodist ixtisası verilir. Diplomu və xatirə "Qılınc və məzun üzüyü" ona o dövrdə Türkiyəyə rəhbərlik etmiş Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Murad burada da fərqlənə bilmişdi. Onunla eyni vaxtda təhsil alan 600 nəfər yerli və əcnəbi tələbələr arasında birinci olmuş, buna görə də "Onur Başqanı" təyin olunmuşdur. Elə həmin ilin sentyabrında üç aylıq Egirdir Dağ Komando məktəbində kurs keçir. 1999-cu ilin yanvar ayında İstanbulda yerləşən Tuzla piyada məktəbində kursa başlayıb, həmin il iyun ayında kursu uğurla bitirir. Amma bütün bunlar artıq mətn, kişiləşmiş Muradımızın murada çatmasına sanki kifayət etmir.
O, 1999-cu ilin iyun ayında Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayır. "Məqsədinə çatmaq üçün səhranı keçməyin gərəkdirsə, illərlə yoluna davam et, tikanların açdığı yaralara fikir vermə". Hansısa dahinin bu müdrik fikirləri sanki Muradın həyat amalına, devizinə çevrilmişdi. Murad artıq büsbütün dərk edirdi ki, siyasət insanlar üçün deyil, insanlar siyasət üçündür. Nəyə və kimə gərəkdir? Xəyallarda qartala dönmək, əgər həyatda koramal kimi sürünəcəksə.
O, 1999-cu ilin oktyabr ayında Müdafiə Nazirinin əmrinə əsasən, Motoatıcı tağım komandiri vəzifəsində xidmət edir. 2000-ci ildən 2016-cı ilə kimi xüsusi təyinatlı hissədə qrup komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlir. Gözləmək olardı ki, Murad artıq yuxarıda sadaladıqlarımızla kifayətlənəcək. Ancaq bu heç belə olmadı. Murad elm dəryasından damla götürdüyünü güman edirdi. Elmi biliklərin, insan həyatının baharı olduğunu, əxlaqi incəliyin, ləyaqətinin başlıca şərt olduğunu düşünürdü. Bu fikirlə, bu amalla Murad 2005-2007-ci illərdə ABŞ-ın Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulan ən çətin "Banger" kursunun normativlərini amerikalı ingilislərdən də cəld yerinə yetirən yeganə azərbaycanlı olmuşdur. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və ən yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilir. Yeri gəlmişkən demək lazımdır ki, bu müddət ərzində Murad türk, rus, ingilis, erməni dillərini mükəmməl öyrənmişdi. Niyyəti mənzilə yaxınlaşırdı.
Murad döyüşə atılmaq, düşmənə layiqincə cavab vermək eşqiylə gecə-gündüz çarpışır, qələbənin lap yaxında olduğunu hiss edirdi. Belə demək mümkünsə, həsrətlə, intizarla, səbirsizliklə Ali Baş Komandanın əmrini gözləyirdi. Deyirlər ki, insan dünyaya gələrkən, onun gələcək taleyi Allah tərəfindən verilir. Odur ki, insanlar müxtəlif və fərqli taleyi yaşayırlar. Hər bir insanın taleyi alın yazısından asılı olsa da, həyatda tutduğu mövqe əməyə, zəhmətə, vətənə münasibəti, çalışqanlığı ilə müəyyən olunur. O şəxslər xoşbəxtdirlər ki, özündən sonra bir iz qoyur. Bu iz nəsillərə örnək olur. Xoş o adamın halına ki, həyata eşqi uğurlu olur. Vətənə məhəbbət eşqi badəsindəki son damla kimdir. Eşqin badəsini çək başına, sonadək nuş et, qədəhi boşaldıb yerə qoy. Qədəh nə qədər boş görünsə də, onu əy, sonuncu damlanı görə biləcəksən. Bax, badənin o sonuncu damlası əslində, ilk damlasıdır, sonadək qədəhin dibində qalıb. Vətən sevgisi də belədir. Ürəyə necə girirsə, elə də qalır. Əqidə sahiblərini yaşadan o eşq və ona inamdır. Murad da belə idi. Ürəyində o vətən eşqinə güvənir və inanırdı. Murad inanırdı ki, qalib gələcək. Gəldi də... Həsrətə, vüsala inanırdı. Həyata və ölümə inanırdı. Mən də inanıram, sən də inan, heç kəs güman etməsin ki, ölməyəcək və qiyamət günündə cavab verməyəcək. O böyük imtahan hər kəsi gözləyir. Şəhidlərdən başqa....".
Aynurə Pənahqızı
Demokrat.az