“İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə (Aqil Abbası nəzərdə tutur-red) düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub... Yollarımız çox olub. Gözəl yollarımız... Arzum budur, yollarımız bitməsin, yaxşı insanlar tükənməsin. Hər zamanın yeni insanları çıxır qarşımıza”.
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbasın həyat yoldaşı “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay bildirib.
“Ad gününü qeyd etdiyimiz günlərdən biri idi. Bacım zəng etdi, dedi, ver telefonu Aqili təbrik edim. Telefonu götürən kimi “Şəlalə, bax yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə” dedi (gülür). Əlbəttə, yaxşı ki, doğulmusan. Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı. İri gözlü, uzun kiprikli oğlan, Allah möhlət versin, Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən. Balacalar böyüsün! Günəşə at çapan oğlan!” – o qeyd edib.//Pravda.az