Zakir Həsənov yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

HƏRBİ 01 apr 2023, 12:33
Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.

Demokrat.az xəbər verir ki, o, bu barədə aprelin 1-də keçirilən xidməti müşavirədə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib.

Qısa müddət ərzində icra olunan lokal əməliyyatların ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top