Bayden III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək

DÜNYA 01 apr 2023, 08:41
ABŞ prezidenti Co Bayden Böyük Britaniya kralı III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirakla bağlı dəvətindən imtina edəcək.

Demokrat.az xəbər verir ki, “The Daily Telegraph” qəzeti mənbələrə istinadən yazıb ki, onun əvəzinə mərasimə ABŞ-ın birinci xanımı Cil Bayden gələ bilər.

Nəşrin yazdığına görə, xaricə səfərlər 80 yaşlı Amerika prezidenti üçün çox yorucudur, bununla əlaqədar Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır, cədvəldə yalnız ən zəruri xarici səfərləri saxlayır.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top