Məşhur müğənnidən etiraf: "Əxlaqsız təkliflər alıram"

ŞOU-BİZNES 31 mar 2023, 09:03
Türkiyə pop musiqinin məhşur ulduzu Yonca Evcimik kariyerası boyunca əxlaqsız təkliflər aldığını açıqlayıb. 

Demokrat.az
xəbər verir ki, Yonca Evcimik bu barədə qatılığı televiziya proqramında danışıb.

Yonca Evcimik teleaparıcının suallarını cavablandırarkən deyib:

"Bu yerlərə gəlməyim heç də asan olmayıb. Heç kim "ona mən kömək etdim, dəstək oldum" deyə bilməz. İnsanların mənə bu cür təklifləri də oldu, amma mən qəbul etmədim. Hər şeyi özüm etmək istədim. Əxlaqsız təkliflər aldım, bəzən yenə alıram, amma ailəmdən və mənliyimdən heç vaxt kənarlaşmadım, bu cür əxlaqsız təklifləri qəbul etmədim və etmərəm də. Ona görə də bu qədər rahatam. Təklifləri qəbul etmədiyim üçün məni əngəllənməyə çalışdılar. Atalarımızın yaxşı məsələi var: meyvə verən ağac daşlanar. Bu cür hallar dünyada da olur, hər sahədə var. Vicdanın əl verirsə, asan yoldan daha tez irəliləyə bilərsən. Mənim isə əsla belə bir düşüncəm olmadı".


Nərmin
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top