Ronaldonun 9 milyonluq yeni avtomobili — FOTO/VİDEO

İDMAN 30 mar 2023, 22:38
Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo dünən Madriddə məhdud sayda istehsal olunan "Bugatti Centodieci" sürərkən görülüb.

Demokrat.az
xəbər verir ki, ötən ay 36 yaşı tamam olan ulduz futbolçu yeni avtomobili özünə ad günü hədiyyəsi kimi aldığı bildirilir.

Portuqaliyalı ulduzun kolleksiyasına qatdığı "Bugatti Centodieci"nin dəyəri 9 milyon avrodur.

Bu avtomobil dünyada cəmi 10 ədəd istehsal edilib. 1600 at gücündə olan avtomobil dünyanın ən sürətli idman avtomobillərindən biri kimi göstərilir.

Ronaldo bundan əvvəlki avtomobili üçün 2 milyon avro pul xərcləyib. Onun yeni avtomobili dünyanın ən bahalı maşını kimi diqqət çəkir.

Ronaldonun qarajındakı avtomobillərin ümumi dəyəri 30 milyon avrodur.

Azər 
Demokrat.az

 






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top