“Sosial tərəfdaşlıq haqqında” qanun layihəsi hazırlanacaq

SİYASƏT 29 mar 2023, 18:57
“Sosial tərəfdaşlıq haqqında” qanun layihəsi hazırlanacaq.

Demokrat.az
-ın xəbərinə görə, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Sazişə əsasən, tərəflər sosial tərəfdaşlıq münasibətlərinin təkmilləşdirilməsi, qanunvericilik və institusional bazanın gücləndirilməsi məqsədilə “Sosial tərəfdaşlıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq və qəbul edilməsi üçün birgə səylər göstərməklə bağlı üzərlərinə öhdəlik götürüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top