Bakıda bir ilin gəlini döyüldü

HADİSƏ 28 mar 2023, 17:30
Bakının Nizami rayonunda 1982-ci il təvəllüdlü Arif ailə münaqişəsi zəminində həyat yoldaşı Nəcibəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 19 dekabr 2022-ci ildə baş verib. 

Arif həmin gün saat 13 radələrində taşadığı mənzilində arvadı ilə aralarında ailə-məişət münasibətləri zəminində mübahisə yaranıb. Bu zaman Arif yumruqla Nəcibənin baş və bədən nahiyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Arifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2022-ci ilin may ayında Nəcibə ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub: 

“Ailə həyatı qurduqdan sonra mütəmadi olaraq Nəcibənin bacısı və anası bizim ailə işlərimizə müdaxilə etdiyi üçün aramızda dəfələrlə söz-söhbətlərimiz olub. Hadisə baş verən günü, saat 13 radələrində yaşadığım evdə olarkən həyat yoldaşım sözümə baxmadığı üçün bu zəmində aramızda yaranmış mübahisə zamanı əsəbiləşərək onun qolundan tutdum, sifət nahiyəsinə bir dəfə şillə vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Nəcibə göz
nahiyəsindən xəsarət alıb: 

“Nəcibə evdən çıxmaq istəyəndə onun qolundan tutaraq fiziki güc tətbiq etdim. Qolunu buraraq məcburi kənara itələdim və başqa otağa saldım. Bundan sonra qapını bağladım. Nəcibə evdə qışqıraraq hay-küy salmağa başladı. Mən yataq otağına keçdim. Otaqdan çıxarkən Nəcibənin evin qapısını açaraq qaçdığını gördüm. Sonradan məlum oldu ki, Nəcibə anasının yaşadığı ünvana gedib. Atam Nəcibəni evə gətirmək istəsə də, o, gəlmədi. Səhəri gün mənə məlum oldu ki, Nəcibə məndən polisə şikayət edib”.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Arif 1000 manat məbləğində cərimə olunub. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top