Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb

HADİSƏ 12 may 2025, 22:42
Sumqayıtda qohumlar tanımadıqları şəxs tərəfimdən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyun 2025, 19:15
Top