"Bitcoin" dəyərsizləşəcək? — Valyuta bazarında ən son vəziyyət AÇIQLANDI (VİDEO)

İQTİSADİYYAT 13 may 2025, 08:47
"Bitcoin"in qiyməti bu il ilk dəfə olaraq 105 min dolları ötüb.

Bu, kriptovalyuta bazarında yeni bir mərhələnin başlandığının göstəricisi sayıla bilər. "Ethereum" isə 8 faizdən çox bahalaşıb. Martın 12-nə olan məlumata görə, onun qiyməti 2 523 dollar təşkil edib.
 
Mütəxəssislər bu artıma ABŞ və Çin arasında iqtisadi dialoqun müsbət məcrada irəliləməsinin təsirini qeyd edirlər. Bəs investisiya aləti olaraq kriptovalyuta nə dərəcədə etibarlıdır?
 
İqtisadçı Xalid Kərimli bildirib ki, kriptovalyuta əmtəə bazarından daha risklidir:
 
"Çünki burada əsas məqamlardan biri onun daxili dəyərinin yox, əsasən mübadilə dəyərinin olmasıdır. İstənilən halda "Bitcoin" çox sürətli şəkildə dəyərsizləşə, sıradan çıxa bilər. Son illər bunun çoxlu nümunələrini görmüşük".
 
Mütəxəssislər sərmayə qoymazdan əvvəl bazarı dərindən araşdırmağı, maliyyə savadlılığını artırmağı tövsiyə edirlər. Çünki rəqəmsal pullar kimi, risklər də görünməzdir, amma təsiri real ola bilər.
 
Ətraflı Baku TV-nin süjetində:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top