
Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ovçubərə kəndində yerləşən təsərrüfat sahəsində olub.
Belə ki, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allaverən oğlu ata mindiyi zaman yıxılıb və ayağı üzəngidə ilişib. Nəticədə at onu bir müddət sürüyüb və T. Əliyev hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.