Mixeil Saakaşvili: “Məni Rusiya agentləri zəhərləyib”

REGİON 24 mar 2023, 17:54
Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bunu o, ABŞ-ın “Politiko” nəşrinə müsahibəsində deyib.

Sabiq dövlət başçısı bunun həbsindən sonra, hazırda saxlanıldığı müəssisədə baş verdiyini bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.

M.Saakaşvilinin vəkili Massimo D'Angelo məsələyə münasibət bildirərkən deyib ki, çox güman, keçmiş prezidentin yeməyinə zəhər qatılıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top