Rusiyada biznesin mənfəəti kəskin azaldı

REGİON 22 mar 2023, 14:55
2022-ci ilin II yarısında Rusiyada iri və orta şirkətlərin mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,4 % az olub.

Demokrat.az xəbər verir ki, bu, koronavirus (COVID-19) pandemiyasına görə müəssisələrin bağlı qaldığı 2020-ci ilin I yarısından bəri rekord azalmadır.

Ötən il Rusiyadakı müəssisələr 25,93 trilyon rubl mənfəət əldə edib ki, bu da əvvəlki ilə nisbətən 13 % azdır. Azalmaya səbəb kimi Ukraynaya hücumla əlaqədar bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar göstərilir.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top