Ekspert: “Azərbaycanın zəlzələyə görə 100 milyon dollar yardımı hərtərəfli inkişafa töhfə verəcək”

GÜNDƏM 21 mar 2023, 12:25
“Azərbaycanın Türkiyənin zəlzələdən əziyyət çəkmiş bölgələrində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırması əlaqələrin hərtərəfli inkişafına töhfə verəcək”.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev bildirib.

Onun sözlərinə görə, yardımın məqsədi sadəcə Türkiyənin bizlə olan qardaşlıq münasibəti deyil:

“Həm də əhali baxımından əlaqələrin genişləndirilməsi müsbət hal alacaq. Bu addım Azərbaycan və Türkiyə arasında əlaqələrin sıx olduğunun, fövqəladə vəziyyətdə bir-birlərinə təmənnasız olaraq köməkliyin edildiyinin bariz nümunələrindən biridir. Bu xüsusda Azərbaycanın zəlzələdən sonrakı bərpa və quruculuq işlərində nəticəyönümlü maddi və texniki dəstəyin göstərilməsini davam etdirəcək”.

 

O qeyd edib ki, zəlzələ bölgəsində binaların tikintisinə Azərbaycan mütəxəssisləri də cəlb edilə bilər:

“Bu zaman bizim tikinti sahəsində də dirçəliş olacaq. Azərbaycanın digər ölkələrdə də belə bir addım atması tikinti sektoruna stimul olacaq. Bu, biznes baxımından da öz töhfəsini verə bilər”.

Qeyd edək ki, 20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. Konfransda Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində, 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top