SON DƏQİQƏ! Ukrayna Krımı vurdu — Rusiyanın “Kalibr-NK” qanadlı raketləri məhv edildi (VİDEO)

HADİSƏ 21 mar 2023, 01:17
Hazırda Rusiyanın nəzarətində olan Krım yarımadasının Canköy şəhərində partlayış səsləri eşidilir. 

Demokrat.az
xəbər verir ki, dəmir yolu ilə Krıma daşınan Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Kalibr-NK” qanadlı raketləri Canköy şəhərində Ukraynaya məxsus kəşfiyyat dronları tərəfindən məhv edilib. 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yaydığı məlumata görə, sözügedən raketlər müvəqqəti işğalda olan Krım sahillərindəki Rusiya Hərbi Dəniz Donanmasına çatdırılacaqmış. 

"Müvəqqəti işğal altında olan Krımın şimalındakı Cankoy şəhərində baş verən partlayışda Rusiyanın "Kalibr NK" qanadlı raketləri dəmir yolu ilə daşınarkən məhv edilib. Söhbət Rusiya Qara Dəniz Donanmasının gəmilərindən Ukrayna xalqına qarşı istifadə üçün nəzərdə tutulan raketlərdən gedir. Belə silahların məhvetmə məsafəsi yer hədəfləri üçün 2500 min kilometrdən, dəniz hədəfləri üçün isə 375 kilometrdən çoxdur".




Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top